Gedirəm, razıyam məhəbbətindən,Dosta hörmətindən, səxavətindən.Hələ, doymamışam hekayətindən,Qəlbi sözlə dolu, ay Qara dəniz.

Sən hər gün günəşlə birgə oyandın,Şəfəqdən qızılı rəngə boyandın.Qara saçlarımda zər kimi yandın,Məhəbbəti odlu, ay Qara dəniz.

Sinənə baş qoydum, uyudum bir an,Ayrıla bilmədim mahnılarından.Oxu, o füsunkar səsinə qurban,Nəğməsi uğurlu, ay Qara dəniz.

Ulduzlar göylərdə alışdı tək-tək,Hər şey gözəl olur duyanda ürək.Mənim körpəm kimi, axşam düşəntəkOlursan yuxulu, ay Qara dəniz.

Hicran qorxutmayır bizi bu yerdə,Nə gözəl adət var bu dost ellərdə.Suya pul atırıq görüşək bir də,Qucağı ağ pullu, ay Qara dəniz.Nəğməsi uğurlu ay Qara dəniz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов