Qayıtdın
Canım, gözüm, nə yaxşı ki, qayıtdın,Nə yaxşı ki, bu yollara düşdü gün.Bu ömrümə şəkər qatdın, bal qatdın,Darıxmışdım nə zamandı səninçün.
Pozulmuşdu rahatlığım, dincliyim,Sinəm üstə elə bil qor dolmuşdu.Sənsiz keçən günə, aya nə deyim,Yuxularım pərən-pərən olmuşdu.
Nə yaxşı ki, yuxularım cəm oldu,Gəldin, gözüm işıqlandı bir anda.Həsrət qəmim duman kimi dağıldı,Çətin olur göz yollarda qalanda.
Sevincimdən pay götürdü quşlar da,Nəğmələri şirinləşdi bir az da.Nəğmələndi qayalar da, daşlar da,Sinəmdə söz aşdı, daşdı bir az da.
Nə yaxşı ki, səsin doldu evimə,Nə yaxşı ki, ürəyimi ovutdun.Həsrət qəmi üz verməsin heç kimə,Nə yaxşı ki, nə yaxşı ki, qayıtdın...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-qayitdin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Eşqin tamam nəşəsi divanəlikdədir,Meyxanənin məlahəti məstanəlikdədir.
Ləyali-vüsal, yaxud keçən gecəBu şəb o dilbər ilə bağzari-ülfətdə –Gözəl-gözəl qonuşurduq, nə dadlı söhbət idi!
Bəs nə deyim?Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Canıma canına qurban deməyim, bəs nə deyim?
ƏşarMixəklİ, hıllidir ecəb tərəklə aşı mollanm,Tapılsa harda bir lotu olar həmaşı mollanın.