Eşqin tamam nəşəsi divanəlikdədir
Eşqin tamam nəşəsi divanəlikdədir,Meyxanənin məlahəti məstanəlikdədir.
Cahillər ilə arifin olmaz əlaqəsi,Hal əhlinin təkamülü fərzanəlikdədir.
Ləlin xəyali könlümə dolsa, əcəb deyil,Gizlin xəzinənin çoxu viranəlikdədir.
Yetməz vəfası axirə namərd olanların,Şəxsin bütün dəyanəti mərdanəlikdədir.
Vahid, əgərçi sənətə qiymət verirsə xalq,Şerin də qədrü qiyməti dürdanəlikdədir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-esqin-tamam-nesesi-divanelikdedir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə dərdi vardı könlün, nazlı yarə indi deyir,Deməzdi sirrini ol gülüzarə, indi deyir.
Billahi, vəfasız demək ol şuxə cəfadırBillahi, vəfasız demək ol şuxə cəfadır,Yüz dəfə cəfa qılsa mənə, eyni vəfadır!
Ey könül, eşq aləmin seyr et, bu aləm başqadırEy könül, eşq aləmin seyr et, bu aləm başqadırKim, bu aləmdə məsərrət başqa, matəm başqadır!
Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Öyünmə çox, gözəlim, çox da gözlərin qaradır!Təbiətin işidir, gündə min gözəl yaradır.