Hər aşiqin məhəbbəti bir məhliqayədir,Eşq aləmində mehrü vəfa payə-payədir.

Bülbül də məntək öz gülünün mübtəlasıdır,Ahü fəğanı xarilə güldən gilayədir.

Yüz dəfə cövr edib mənə, bilməm, nə sirr var,Zövqü məhəbbətim yenə ol bivəfayədir.

Vaiz ki, cənnət ilə cəhənnəm sözün deyir,Mənaca qanmayır, bu nə rəmzü kinayədir.

Zahid şərab nəhyi üçün ayə söyləyir,Lakin sorulsa, anlamayır hansı ayədir.

Ahuyi-Çin deyənlər o mişkin qəzalinə, üçün,Mərdümlər içrə göz görə meyli xətayidir.

Cövrü cəfayə adət edən mahirulərin,Əvvəlcə hər cəfaları mən binəvayədir.

Vahid, cahana bağlama bel, yoxdur axırı,Guya bir evdəsən, neçə günlük kirayədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви