Məndən, könül, o nazlı nigarə nə dedin bəs?Çəkdin o güləndamı kənarə, nə dedin bəs?

Əvvəl bunu bildim ki, dedin aşiqin öldü,Ondan sora ol şuxə dübarə nə dedin bəs?

Mən məst yıxıldım o dilaramı görən tək,Evlər yıxan o çeşmi-xumarə nə dedin bəs?

Meydənmi qızarmışdı onun arizi-ali,Ziynət verən ol bağı-baharə nə dedin bəs?

Mən xəsteyi-eşq olduğumu sordumu səndən,Göstərdimi bimarinə çarə, nə dedin bəs?

Dağı-qəmi-hicranə nəhayət verəcəkmi,Bu barədə ol laləüzarə nə dedin bəs?

Dərdindən ölən Vahidi heç bir soruşurmu;Ol bikəsi kim qoydu məzarə, nə dedin bəs?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви