Bu cəfalər mənə ol mahliqadən görünür,Nə cəfa qılsa əgər, yarü vəfadən görünür.

Dedim: – Aşüftə edən kimdi o zülfi-siyahin,Dedi: – Səndən deyil, ol badi-səbadən görünür.

Gər, həbibim mənə zülm etsə, cəfadən, nə əcəb!Hər nə qədr cövrü cəfa qılsa, səxadən görünür.

Baxmayın eyd günü ayna ilə ayə, vəliMahi-nov ol iki əbruyi-dütadən görünür.

Məst çeşmindir baxan çini-səri-zülf içrə,Ya ki, ey ayinərüx, ahu Xətadən görünür?

Vahida, etmə şikayət bu mələkrulərdən,Bəxtimin tirəliyi çərxi-qəzadən görünür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви