Gül üzündə, gözəlim, zülfi-pərişan görünür
Gül üzündə, gözəlim, zülfi-pərişan görünür,Bağ içində, elə bil, sünbülü reyhan görünür.
Bülbül hər ləhzə fəğan eyləsə gər gülşəndə,Gül görüb bülbülün əfğanını, xəndan görünür.
Səcdə etdim görərək çaki-giriban o gülü,Sübhdür, sandım o dəm, mehri-dirəxşan görünür.
Mənə çox müşkül olur dərdü qəmi-hicranın,Leyk biganə baxırsa, ona asan görünür.
Vəslə yetcək dedim: – Ey məh, yetirmə məqsudə!Yetməmiş vəslinə, vəslin mənə hicran görünür.
Həmdəm olmuş o xətü xalına zülfi-siyəhin,Əhsənullah, yenə küfr içrə müsəlman görünür.
Leylivəş bir sənəmin eşqi ilə Vahidi-zar,Yenə Məcnun kimi sərgəşteyi-dövran görünür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gul-uzunde-gozelim-zulfi-perisan-gorunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bəladəyəm, gözəlim, dərdi-eşqinə düşəli,Əlacı səndədir, ey nazəninlərin gözəli!
Olsa hər kim, sevgilim, hüsnü cəmalın qailiOlsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,Olmaz aləmdə, inan gülzari-cənnət maili.
Salmış olsa gər nəzərdən, zülm ilə gül bülbüliSalmış olsa gər nəzərdən, zülm ilə gül bülbüli,Yad qılmaz gülşən içrə bir zaman bülbül güli.
Dağıtma gül üzə zülfün ay üzrə halə kimiDağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.
Стихи других поэтов · О любви
Söylədi tarixiniOna tapan bir ozan
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah