Olsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,Olmaz aləmdə, inan gülzari-cənnət maili.

İndi ki, rəna gözəllər can alırmış naz ilə.Bilmirəm, tanrım neçin xəlq eyləmiş Əzrayili?!

Tutdu ol zülfi-pərişan dövri-ruyin yarımın,San bulud olmuş fələkdə tazə ayın hayili.

Cənnəti-əlanı sevməz, hurü qılman istəmez,Bu pərilər eşqinin hər kəs ki, olsa naili.

Məndən ikrah eyləmə, vəslin təmənna eyləsəm,Padişahım, rəhm qıl, qovma qapından saili.

Məsti-mey gördükdə zahid tən edir aşiqlərə,Faili-muxtar olan hər karın olmuş faili?

Kuyi-cananda yenə nəzr etdi Vahid canını,San Mina dağına çəkmişdi Xəlil İsmayili.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви