Qoy mənə kuyində yer biganə ancaq verməsin,Can sağ olsun, sevgilim, sən yaxşı ol, sağ verməsin.

Aşiqin qanın içər yol tapsa kəmfürsət rəqib,Zalimə versin qoturluq, tanrı dırnaq verməsin.

Bağı-vəslindən məni məhrum edən zalimlərə,Taleyimdən istərəm, bir xırda yarpaq verməsin.

Lalərüxlər həsrəti min dağ çəkmiş sinəmə,Rəhm edib həqq, bir də dağ üstən mənə dağ verməsin.

Torpaq olsun çeşminə torpaq satan namərdlərin,Mərd odur ki, düşmənə can versə, torpaq verməsin.

Badə qədrin bilməyən nadanlara bundan sora,Söz veribdir, piri-meyxanə bir oymaq verməsin.

Ruzi fikrin çəkmə, Vahid, etiqadın pak qıl,Xəlq edən kəs, naümid olma, dolanmaq verməsin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви