Dün gecə açdı nigarım üzünü ay kimi,Gördüm ol mahın əyilmiş qaşını yay kimi.

Sürəti-tiri-nigahını təsəvvür elədimKi, gəlir sinəmə şəst ilə tramvay kimi.

Eşq bazarının aləmdə mənəm həmmalı,Almışam çiynimə qəm yüklərini tay kimi.

Saldı gözdən məni ol sərvi-rəvanım, getdi,Gözümün yaşı fərağında axır çay kimi.

Gördüm həmsöhbət olub qeyr ilə şirin-şirin,Bu həsəd qıldı əsər könlümə əzvay kimi.

Vahida, qaldın hamıdan geri, çox acizsən,Ciddü cəhd eylə ki, lap olmuyasan zay kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви