Bir qaragöz əldən aldı din ilə imanimi
Bir qaragöz əldən aldı din ilə imanimi,Bağlayıb zülfü ayağım, qaşı tökdü qanimi.
Yeddi əflaki fəğanım çuğladı hicrində, ah!Bivəfa yarım eşitməzmi məgər əfqanimi?
Damənin tutdum, vüsalın istəyib ümmid ilə,Kəsdi ümidim, dedi, aşiq, burax damənimi.
Əcz ilə, cana, dedim, sənsən təbibi-eşqi kim,Bu mərizi-eşqə tapdım, şükürlər, dərmanimi.
Lütf qıl busə, nigara, Vahid olmuş müstəhəq,De zəkat ilə qəni etdim mən öz dərbanimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bir-qaragoz-elden-aldi-din-ile-imanimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Salmış olsa gər nəzərdən, zülm ilə gül bülbüli,Yad qılmaz gülşən içrə bir zaman bülbül güli.
Dağıtma gül üzə zülfün ay üzrə halə kimiDağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.
Atəşi-hicrin edibdir məni divanə kimiAtəşi-hicrin edibdir məni divanə kimi,Olmuşam şəmi-cəmalın ilə pərvanə kimi.
Zahirin düz görünsə də, ammaZahirin düz görünsə də, ammaİçərin əyridir minarə kimi.
Стихи других поэтов · О любви
Məhbub odur ki nəqşi gözəl bir nigar ola,Xub-lətif və nazik ola, şivəkar ola
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
“Sirdaş” nədir dedim...Son günlər üzünü qəmli görəndəKönlümə od salır bu halın sənin.
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,