Canə etdim dərdi-dil zəbtindən, ey dildar, eşit!Əndəlibin sərgüzəştin, ey güli-bixar, eşit!

Yox dilim yalvarmağa əzbəs xumar aludəyəm,Əl-ayağın sədqəsi, ey saqiyi-xunxar, eşit!

Bağrımı qan etdi qəm, ey yari-səngindil, inanCanımı yandırdı hicr, ey atəşin rüxsar, eşit!

Rəhm qıl eşq əhlinə, kəs bülhəvəsdən rəğbətin,Gər eşitməzsən onu, bari bunu, ey yar, eşit!

Sağərü səhbayə, zalım, ömrülərdir təşnəyəm,Bir zaman əglən, sözüm, ey əbri-gövhərbar, eşit!

Öldürərsən çünki sən axır məni bidad iləBir nəfəs zinharim, ey xunxari-bizinhar, eşit!

Макта — последний бейт с тахаллусом поэта. Çün bu dərdə öz-özün, Qövsi, salıbsan mən kimi,Hər təbibin acı-acı pəndin, ey bimar, eşit!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви