Kaş yenidən doğulaydım mən bu geniş dünyada,Bir də, bir də qayıdaydı o uşaqlıq illəri.Azad quş tək qanad çalıb, dolanaydım havada,Hərarətlə seyr edəydim mən soyuq fəsilləri,Bir uşaq tək həyatımı şən, qayğısız görəydim.Dırmaşaraq ağaclara bir də kal-kul dərəydim.Kaş uşaqlıq arzuları bir də qanad açaydı,Göylər sevən xəyallarım səmaları qucaydı.Gənclik bir də qayıdaydı, gözəl gənclik bir daha,İntizarla açılaydı hər bir gecəm sabaha.Mənə bir də qovuşaydı, məğrur on səkkiz yaşım,Kaş döyəydi qapımızı bir də gənclik yoldaşım.Kaş ilk eşqim, ilk sevincim bir də qaçıb gələydi,Qulağımda ilk eşqimin nəğməsi yüksələydi.Ürəyimdən siz ey şirin, ey acı xatirələr,Nə silinib, nə getdiniz, vəfalısız nə qədər.İstəyərdim ötən günlər, uşaqlıq və cavanlıq,Sizin kimi ürəyimi atmayaydı bir anlıq.

Kaş ömrümün qayıdaydı fırtınalı illəri,Azadlığa çağıraydım yenə məhkum elləri.Xalqın, elin səadəti yollarında yenə mən,Mübarizə yollarına atılaydım yenidən.Kaş bir deyil, bu dünyada ömrüm iki olaydı,Biri deyil, hər ikisi eliminki olaydı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви