Qəzəl: Təğafül eyləmə, saqi, ki növbahar keçər
Təğafül eyləmə, saqi, ki növbahar keçərYetincə bir də mənə dövr, ruzigar keçər
Qəfəs əsiri olan bülbülün gözündən iraqKi bağbanı vida eyləyib bahar keçər
Qiyamət oldumu kim bir neçə şəhidlərəQiyamət etmək üçün baxa-baxa yar keçər
Fəğan ki məndə ayaq yoxdur, onda təmkin çoxKeçincə yar, ötər ömr, ruzigar keçər
Nişati-vəsl təmənnası ilə olma məlulKönül, bu bir neçə gün hər rəviş ki var keçər
Giran gəlir sənə zalım demək, və gərnə mənəNə zülm eyləsən, ey atəşin üzar, keçər
Çox ağlama, giryə, göz axır zərər olur, QövsiGəlib nəzzarə günü, şami-intizar keçər
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-tegaful-eyleme-saqi-ki-novbahar-kecer
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İç şərabi-nab, özün, saqi, mənə məstanə baxGah çeşmi-şəfqət ilə, gahi bi-rəhmanə bax
Qəzəl: Gərçə gün kimi olub pak nəzərlər gustaxGərçə gün kimi olub pak nəzərlər gustaxQarşı durmaz sənə ayinə kimi hər gustax
Qəzəl: Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarDutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarMəgər bilməzmi kim dəfsiz bu sər-məsti-xarab oynar
Qəzəl: Ol gün ki zülfin ol sənəmin şanə qıldılarOl gün ki zülfin ol sənəmin şanə qıldılarZəncirə çəkdilər məni divanə qıldılar
Стихи других поэтов · О разлуке
Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.