Səba, durub yola düş, var ona salam yetirAlıb cavabi-salamım dönüb peyam yetir

Səba, mənim yerimə yollar üstədir neçə günOna salamımı sübh, duamı şam yetir

Məsih tək ki gəlir mayəyi-həyatilə canYetir özün mənə, saqi, yetincə cam yetir

Bu niyyət ilə ki qanım sənə halal olsunƏgər halal ola, sahba, əgər haram yetir

Sirişk ilə məhnət çəkən yazıq QövsiMeyi-rəsidə yetibdir, kabab-xam yetir

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине