Ol gün ki zülfin ol sənəmin şanə qıldılarZəncirə çəkdilər məni divanə qıldılar

Ol gün ki rövşən etdi fələk şəm'i-arizinMehr ilə mahın adını pərvanə qıldılar

Bir tazə güldən ötrü məni əndəlib təkSərfi-nəvayi-naleyi-məstanə qıldılar

Ol gəncdən nişan mənə bir kimsə vermədiBilmən nə vəchdən məni viranə qıldılar

Eşq ilə kim ki yandı, mən oldum kabab onaHər şəm'i yaxdılar, məni pərvanə qıldılar

Çox mən kimi əsiri özündən bu xublarBir azca iltifat ilə biganə qıldılar

Məcnun fəsanəsini unutsa nolurdu xəlqQövsi, bu növ kim səni əfsanə qıldılar

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви