Dostlar, könlüm diyarın etdi viran iztirab,Eylədi övraqi-tərkibim pərişan iztirab.

Hər kimi kim yandırar atəş, yanar ondan betər,Heyləsin gər etməsin ol bərqi-cövlan iztirab.

Qətrə gər dərya üçün bitab olur məzurdur,Bilmənəm neçün qılır dəryayi-ümman iztirab?

Mən deməm kim durgilən axşamatək, ya sübhətək,Belə amma etmə ey sərvi-xuraman iztirab.

Nəqdi-can hər vəqt ola axır sənə təslim olur,Eyləmə qətlimdə çox, ey namüsəlman, iztirab.

Eşq tək getməkdə sübhi-vəsl biaram olur,Seyl tək gəlməkdə eylər şami-hicran iztirab.

Макта — последний бейт с тахаллусом поэта. Hər biri bir rəngilə Qövsi fəğan kim, qıldılar,Könlümü ab intizarü bağrımı qan iztirab.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке