Həmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.Könüldən ötrü gözəl ömrümü təbah etdim,Bu bir xərabə üçün xaniman xərab oldum.Əgərçi xəlq deyər, gün çıxar, görər aləmMənə göz açmadı heç kim gər afıtab oldum.Oda düşən od olur, bəxti-vajiguni görünKi, mən bu odlar içində əridim ab oldum.Yaxamdan əl götür ey dil, nə aşinalıqdırKi, mən sənin oduna yandımü kəbab oldum.Necə görüm sənin ilə bərabər əğyan,Gözüm, sən ayinə aldm ələ, mən ab oldum.Bu iztirab ilə hicran hekayətin Qövsi,Demə, demə ki, sənin halına kəbab oldum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе