Elim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,Bu nə qəmzə, bu nə nazdır,Eyləyirsən bizə, ay qız?

Elin yurdun Azərbaycan,Adını eşidib hər yan.Tarlalarda tülək tərlan,Gəlməyəsan gözə ay qız.

Qonaq olsan bizim bağa,Bülbül başlar oxumağa,Pambıq tayı dönər dağa,Sən çıxanda düzə, ay qız.

Belə gözəl zaman olmaz,Sənin kimi canan olmaz,Bu dövrandan inan olmaz,Qismət olmuş bizə ay qız.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе