Dilim fəğan iləvü, didə qan ilən doludur
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Dilim fəğan ilədü, didə qan ilən doludur,Könül səhifəsi şərhü bəyan ilən doludur.Vurubdur ağzına min qifli-ahənin qeyrət,Hənuz səqfi-fələk əl-əman ilən doludur.Haray kim, nə dilim var, nə bir dil anlayanım,Əgərçi ney kimi cismim fəğan ilən doludur.Əgərki könlümə zahirdə dəymək asandır,Bu çöl kəmingəhi şirin-jəyan ilən doludur.Sınıq səbudə su tutmaz qərar, mey durmaz,Şikəstə könlümə məhvəm ki, qan ilən doludur.Xumarilən məni öldürdü saqiyi-birəhm,Səbuyi-badeyi-gülrəng can ilən doludur.Bu bir piyalədə yarəb, nə sehr edib saqi-Ki, üstü badə ilən, altı qan ilən doludur.Sən öz yamanlannı yaxşı et, nə hasil kim,Zəmanə yaxşı ilən, ya yaman ilən doludur.Bəsirət əhli dəlil istəməz ki, kövnü məkanNişan ilən doludur, binişan ilən doludur.Yuvada qönçələnir əndəlib bəs ki, çəmən,Nəvayi-Qövsiyi-atəşzəban ilən doludur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-dilim-fegan-ilevu-dide-qan-ilen-doludur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gətir saqi şərabi-nab, mütrib sazını saz et!Çəkib bir naləyi bülbülləri dörd yandan avaz et!
Olur hərçənd can şirin, vəli canan yerin tutmazOlur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.
Onunçün mən sənə yalvarmanam kim, yalvaran çoxdürOnunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.
Cismi-zarımdan mənim hicran nə istər bilmərəmQəzəlCismi-zarımdan mənim hicran nə istər bilmərəm.
Стихи других поэтов · О вине
Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür,Bir mələkdür kim, fələkdin afitab almış gəlür.
MeynələrTənək də deyirlər ona, meynə də,Salxım övladları gilə-gilədir.
Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevdaTəzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Məst yaxud sərxoşOf, bu məstin nə fəlakətli, yaman haləti var,Nə kərih mənzəri, bəd surəti, pis adəti var.