Qəzəl

Cismi-zarımdan mənim hicran nə istər bilmərəm.Bu sınıq gəştidən ol tufan nə istər bilmərəm.

Məndə yox hiç arizu, könlüm yaman bitabdır,Zəxm yoxdur sinədə, peykan nə istər bilmərəm.

Çeşmi-xunxarın sənin cismimdə çün qan qoymadı,Qan dolmuş dideyi-giryan nə istər bilmərəm.

Kasə-kasə qan verir, şükr eyləyib nuş eylərəm,Dəxi məndən gərdişi-dövran nə istər bilmərəm.

Hər nə var aləmdə bir-birdən betər sərgəştədir,Qətrə ümman axtanr, ümman nə istər bilmərəm.

Lalə istər dağına mərhəm nəsimi-sübhdən,Ağız açmış qönçeyi-xəndan nə istər bilmərəm.

Aşiqin zənciri tari-zülfə kakildən gərək,Rişteyi-zünnaridən Sənan nə istər bilmərəm.

Can çü canan malıdır, bəs dəxi məndən, dustlar,Can nə istər bilmənəm, canan nə istər bilmərəm.

Gövhəri-qəltan gözü taci-büləndəxtərdədir,Qətreyi-gümnam sərgərdan nə istər bilmərəm.

Qaşi yayından onun yarəb, bu hamı qürbilə,Navəki-bərgəşteyi-müjgan nə istər bilmərəm.

Ey dəmadəm eyləyən təklifi-məscid QövsiyəAşiqi-bitabdə iman nə istər bilmərəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви