Onunçün mən sənə yalvarmaram kim, yalvaran çoxdur,Mənim könlüm alan yoxdur, sənə könlün verən çoxdur.

Məni-dilxəstənin həm sədqəsi çox, sorgilən halın,Səninçin nərgisi-bimarın əhvalın soran çoxdur.

Dili-sədparəmi sən algilən, ey namüsəlman kim,Bugün ol laleyi-sədbərgi dörd yandan dərən çoxdur.

Gözüm nöqsani-naz olmaz, sual et hali-zarım kim,Mənim dərdim bilən yoxdur, sənə gər bildirən çoxdur.

Qaçan fürsət verir nazi-təğafül dərdi-hicranə,Bəli əhya verən azdır və gör nə öldürən çoxdur.

Uzaqdır yol, gərəkdir ləngü ləngin başa aparmaq,Və gər nə öz səməndin bir havur yortub-yoran çoxdur.

Макта — последний бейт с тахаллусом поэта. Qənimətdir kimin kim, dideyi-mənisi rövşəndir,Və gər nə çeşmi-surətbin ilə Qövsi görən çoxdur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов