Olur hərçənd can şirin, vəli canan yerin tutmaz,Bir-iki üç nəfəs bir ömri-cavidan yerin tutmaz.

Məni bülbüllər ilə bir tutan bidərd bilməzmi –Ki, yüz min bülhəvəs bir aşiqi-heyran yerin tutmaz.

Meyi-gülgun, şəbi-hicran nə keyfiyyət verir, saqi –Ki, sənsiz çeşmeyi-heyvan bir ovuc qan yerin tutmaz.

Əgər yüz min xiyaban şaxi-gül səbz olsa gülşəndə,Biri, ey bağiban, ol sərvi-xoşcövlan yerin tutmaz.

Nə hasil möhnət artırmaq, nə lazım dərdi-sər çəkmək,Təbib, ol dərdi-bidərman məgər dərman yerin tutmaz.

Könül hərçənd aliqədr olursa, mehrin əladır,Sədəf ğəltan həm olsa, kövhəri-ğəltan yerin tutmaz.

Макта — последний бейт с тахаллусом поэта. Sənə ərzani Qövsi ağız açmaq, gülmək, açılmaq –Ki, yüz mərhəm mənim zəxmimdə bir peykan yerin tutmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви