Ala gözlü, nazlı dilbərDedi: dur get gəlirəm mən.Dedim: aj qız, dərdim çoxdu,Dedi: dərman bilirəm mən.

Göldən uçurdum sonanı,Bu yerdə,qoydum binanı,Gündə görduyüm cananı,Görməyəndə ölürəm mən.

Bağçalarda barım ola,Alma, heyva, narım ola,Bir dərd bilən yarım ola,Ona qurban oluram mən.

Vəfası olmaz yalanın,Ağlı olmaz çox gülənin,Abdullayam dərd bilənin,Yüz il keçsə quluyam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви