Bir ərzim var qulluğunaAy xalları qoşa dilbər.Xəstə çanım qurban olsumHəmi gözə, qaşa, dilbər.

Ağlamışam gülməmişəm,Göz yaşımı silməmişəm,Qədrini mən bilməmişəm.Yeni düşdüm başa, dilbər.

Siyah zülfləri kəmənddi,Yarın dodaqları qənddi,Dərdiməndsən, dərdimənddi,Yaşa dilbər, yaşa dilbər.

Axır gözün qanlı yaşı,Nə qohumu, nə qardaşı,Qürbət eldə fağır başı,Dəydi daşdan daşa, dilbər.

Eynim sənsən, qanım sənsən,Din ilə imanım sənsən,Cəsədimdə canım sənsən,Ərkim çatar başa, dilbər,

Abdullayam, çox ağladım,Sinəm başını dağladıİsminə dastan bağladım,Görün, gəlib xoşa, dilbər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви