Könül quşu pərvaz etdi qəfəsdən,Çəkdi səməndini o yana, mindi.Müntəzirəm gözü yolda qalmışam,Bağlasan gözlərim, oyanam indi.

Kafi-lama çalsan çıxar bir sinə,Min ayaqdan müddəsindən birsinə.Gər qoysalar mənnən onu bir sinəBəlkə bu qəflətdən oyanam indi.

İgid gərək eşq içində az qala,Eşq atəşi səngimişdi, az qala!Gur sinəyəm canım gedir az qalaBeymürvət demir ki , oyan, əm indi.

Abdulla qürbətə düşəndə yana,Eşq atəşi cana düşəndə yana,Boşalıb qollarım düşəndə yana,Əzrayıl əmr edər o yanam indi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов