A yara dəydi
Qafil bir ox atdın, keçdi sinəmdən.Dərdindən cismimə a yara dəydi.Pəhləvan gəzirdi meydan içində,Keçdi pəhləvandan əyyara dəydi.
Gecə uzun, təbi nazik, yaralı,İnsaf deyil, qurma mənə, yar, alı.Yar incisə, yar könlünü yar alı,Bilmirəm nə dedim, a yara dəydi.
Yaxşı dostun xəyalını ay ara,Həftə dedin, neçə keçdi ay ara.Təbib qarşı gəlsə, yetər a yara,Təbib qarşı gəldi, a yara dəydi.
Düzdürübsən dəhanına, yar, inci,Al xəncəri, bağrım başın yar, inci!Abdulladan olmaz sənə yar, İnci,Seyraqublar vurdu, ay ara dəydi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/usta-abdulla-a-yara-deydi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Mən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.