Oğrun-oğrun baxan gözəl,Bağrımı qana döndərdin.Özü gözəl, adı pünhan,Könlümü şana döndərdin.

Dərdim artıb günbəgündən,Təltif verir gül üzündən,Beymürvətin zülmündənHökmünü xana döndərdin.

Gəlin, sevgilini tanı,Bu aləm oduna yanı.Abdullaya bu dünyanı,Zalım, zindana döndərdin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов