Mənim kimi bülbül olmaq,Güllərinə layiqdimi?Aşığı sürgün eləmək,Ellərinə layiqdimi?

Köynəyin humayun ağı,Haşiyəsi cənnət bağı,Sinəmə çəkirsən dağı,Əllərinə layiqdi mi?

Ağladırsan, güldürürsən,Eynim yaşın sildirirsən,Abdullanı dindirirsən,Dillərinə layiqdi mi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе