Gül çıxıb ceyran belinə,Qızğın alver gedir, tələs.Mişar alıb tez əlinə,Ağacları doğrayıb kəs.Əncir, üzüm baldan şirin,Amma deyil puldan şirin.Puldur həyat, puldur həvəsDedin: – Ay baş, düşün dərin:Yüz tənək bir gülə dəyməz!

Yarpaqları bir-bir yoldur.Sən qaz vurub, qazan doldur.Qoy bilinsin adın, yerinGülün çoxsa, pulun boldur.Şitillikdə əyil, bükül,Bura sənin Məkkən, Pirin.Sübhə kimi dağıl, sökülQaralsa da ağ ciyərinUd zəhəri, alma nəfəs,Pula dönüb, cibə tökül.Desinlər ki, bu oğuldur.Bir dəst puldur, hər dəstə gül,Millətimin gül balası!

Altda “Volqa”, əldə sükan,Siqnal səsi düşsün kəndə.Sür, gözləyir bazar-dükan.Bir bank pul var hər ləkində.Barmaqların tikan-tikan,Əl-ayağın kündə-kündə.Qoy pozulsun səndəki qan,Təki qazanc gəlsin gündə,Pul qalandır, pul istehkamPul cücərir gül əkəndə.Bu dünyadan alırsan kam,Yerin də bir cənnət məkan.Pəhləvansan öz çəkində,Bir-birinə aləm dəyir,Vücuduna dəymir təkan.Çöllər yanıb inildəyir,Dil uzadıb – su ver, – deyir.Nə quyusan, nə də kənkan.Bir tükün də tərpənməyir,Dağılsa da yüz Mərdəkan.Ye kababı, həzm et, gəyir,Gül suyu iç bir stekan,Millətimin gül balası!

Alimlər var, sındırar baş,Bəxşiş, rüşvət alan deyil.Ağarır saç, dolanır başAmma cibdən qalan deyil.Aldıqları aylıq maaşBir bazarlıq pulun deyil.O borş yeyir, sən yağlı aş,Bu doğrudur, yalan deyil.O buzlu ət nədir, qardaşGülçü onu alan deyil.Balıq sudan çıxır yaş-yaş,Dərdin-sərin talan deyil.Onda kitab, səndə daş-qaş,Mənzili bir zalın deyil.Sən oxuyub olma çaş-baş,Bu yol, sənin yolun deyil.Gir toylara yağdır şabaş,Deməsinlər kalan deyil.Əlliliyi tulla bir baş,O kiflənib qalan deyil.İçib-keflən, həddini aş,Xeyir işdə sal ixtişaş.Toy bəyi saç yolan deyil,Səhər açıl, gözündə yaş.Dost-tanışa bir-bir yanaşÜzr istə yavaş-yavaş,Altdan bir daş, üstdən bir daş.Rəhimə gəlib qohum-qardaşDesin gönü qalın deyil, –Millətimin gül balası.

Bəh, bəh, bazar qiymətidir!Varsan bu cür basa-basaAh, nə gözəl ticarətdir,Müştərilər gəlib tasa.Bəzəsinlər sifətinəGül sarısı töküb sanki,

Biri toya, biri yasaAyıbdır gül aparmasa.Gül də ki, od qiymətinə!Pulu göydə sayansan ki,Heyran qaldım sənətinə.Pullar yağır, sellər kimi,Dama-dama göllər kimi.Ciblər şişir fillər kimi,O qan verir can ətinə.Satdığın tər güllər kimi.Təbərriksən bu vətənə,Millətimin gül balası!

Baxıb sənə fağır-fağır,Söz demərəm güldən ağır,Əl gül əkir, əl pul satır.Ay gül alan, – deyib çağır,Şerim paydır xidmətinə,Millətimin gül balası.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе