Yenə qəm ləşkəri hücum gətirib,Sinəmi eşq odu qalamaqdadı.Hərə bir tərəfdən qılınc götürüb,Könlümün evini talamaqdadı.

Anlamışam bu fələyin fəndini,Ömrümün arxının sökür bəndini.Çinləyib əlində qəm kəməndini,Atıb gərdənimə dolamaqdadır.

Çalışır insanı sala fəndinə,İnanmıram müxənnətin andına.Qoyub Abdullanı qəm sapandına,Atacaqdı bir gün bulamaqdadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов