Səhər vaxtı qəfil çıxdı qarşıma,Sandım sənsən bağçalarda gül, Həcər.Tərpənəndə “zey-zey” deyir zəbanın,Canım alıb dəhanında dil, Həcər.

Sən gələn ocağa canım sadağa,Eyni zənbur şan çəkibdir dodağa.Buxaq büllur, gül yapışıb yanağa,Zənəxdan üstündən düzüb tel Həcər.

Kəkliyin gözləri, Həcərin qaşı,Sinəmə salıbdı yanar ataşı.Leylinin vədəsi, çeşmənin başı,Məcnun kimi mən gözlərəm yol, Həcər.

Xəstə olan yalvaracaq sağlara,Çağ gəzəni çağ yetirsin çağlara.Təşrif buyur gedək qoşa bağlara,Pişvazına gəlsin bizim el, Həcər.

Abdullayam, eşq oduna qalannam,Vardan keçib dost yolunda talannam.İzin versən qulluğunda dolannam,Qəbul etsən ollam sənə qul, Həcər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе