Şol pəri-peykər ki, yüzindən niqab almış gəlür,Bir mələkdür kim, fələkdin afitab almış gəlür.

Bir gözi ucunda düşmiş bənzər ol xali-siyah,İki laçına ki, hər biri bir ğürab almış gəlür.

Bağlamazsa tilbə könlümnin ayağı bəs nədən,Həlqə-həlqə zülfi-mişkindən tənab almış gəlür.

Ləblərin yadi bilə könlümdür ol meyxarə kim,Sərxoşan meyxanədən cami-şərab almış gəlür.

Doğradı bağrımnı ğəmzən kirpiginə şişliyüb,San ki, bir qəssabdur six kəbab almış gəlür.

Макта — последний бейт с тахаллусом поэта. Kişvəri bu naləvü xəm qamətindən guyiya,Mütrübi-bəzmi-ğəmin çəngü rübab almış gəlür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О вине