Sənsiz səmadə olsa mələklərlə ülfətim
Sənsiz səmadə olsa mələklərlə ülfətim,Yetməm murada, onlara gər olsa rəğbətim.
Mehri-rüxünlə bağı-həyatım səfalənir,Ah eylərəmmi, vəslin əgər olsa qismətim.
İncitsə firqətin məni, səbrim tükənsə də,Şövqi-rüxünlə vəslinə artar məhəbbətim.
Sənsiz ənisim huri ola, mail olmaram,Rahi-vəfadən hərgiz əyilməz təbiətim.
Afətmi, nəşəmi, nə bilim sirri-eşqimi?Fəth eyləmiş bu könlüm evin, yox fərağətim.
Olmaz bəşərdə sən kimi bir nazənin nigar,Hurimisən, mələkmisən, ey nazlı afətim?
Vahid, həmişə xəlqimizin xeyrxahiyəm,Getdikcə günbəgün çoxalır qədrü qiymətim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-sensiz-semade-olsa-meleklerle-ulfetim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Olmuşam bir bimürüvvət yar əlindən dilfikar,Eylərəm cövrü cəfasından o şuxin ahü zar.
Fələk, bu hali-zarimdən mənim əhli-cahan ağlarFələk, bu hali-zarimdən mənim əhli-cahan ağlar,Fəraqi-yaridə könlüm edib hərdəm fəğan ağlar.
Düşəndə türreyi-dilbər xəyalə axşamlarDüşəndə türreyi-dilbər xəyalə axşamlar,Məhəbbət əhli düşər min məlalə axşamlar.
Sən əgər olmasan, ey gül, mənə canan kim olar?Sən əgər olmasan, ey gül, mənə canan kim olar?O xumar gözlərinə valehü heyran kim olar?
Стихи других поэтов · О любви
Şanənin qəsdi nədir çəkməz əlin birçəkdən,Mən kimi aşiq olub zülfə məgər görcəkdən
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Хосров и Ширин, глава 12Всех зовов сладостней любви всевластной зов,И я одной любви покорствовать готов!