Mən istərəm, bu naməni cananə göndərim
Mən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.
Dərdi-fəraq ilə o yanır indi şəmtək,Mən könlümün quşun ona pərvanə göndərim.
Mən də o gül xəyalı ilə dərdə düşmüşəm,Yarəb, bu dərdi mən necə Loğmanə göndərim?
Çoxdan gülündən ayrı düşən dərdli bülbülüBir kimsə tapmadım ki, gülüstanə göndərim.
Vahid, unutma həzrəti-Yusif hekayətin,Fikrimdə var, bu şerimi zindanə göndərim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-men-isterem-bu-nameni-canane-gonderim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mənim istəklimin hər kəs ki, görə rüsxarın,İstəməz baği-behiştin nə gülün, gülzarın.
Sən bir gülüsən, sevgilim, ən tazə baharımSən bir gülüsən, sevgilim, ən tazə baharım,Bir bülbülüyəm mən də bu qiymətli diyarın.
Tapşır, ey gül, zülfünə daim pərişan olmasınTapşır, ey gül, zülfünə daim pərişan olmasın,Aşiqin bülbülsifət hicrində nalan olmasın.
Meyxanə məclisində gərək söhbət olmasınMeyxanə məclisində gərək söhbət olmasın,Bir kəsdə söhbət eyləməyə cürət olmasın!
Стихи других поэтов · О разлуке
Qurban ollam ala gözlü yara mən,Mən gedirəm, sən Allaha əmanət.
İlk xatirələrGözələ göz dəyər,Qəlbə söz dəyər.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Bunca kim, vardır ol qəmzeyi cadudə bəlaBunca kim, vardır ol qəmzeyi cadudə bəla,Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla.