Bunca kim, vardır ol qəmzeyi cadudə bəla,Yoxdu yüzdən biri bu çərxi-cəfacudə bəla.

Ol edər kimini dilşad, kimini məhzun,Hər nə ətvar, rəviş var bu bədxuda bəla.

Zülfi-pürçinin ucundan, nə deyim, çin-çindirÇin mülkündə xəta, kişvəri-hindudə bəla.

Zöhrəsi çak olur hər görənin, əfivəş,Guyiya qat-qat olub həlqeyi-geysudə bəla.

Dami-geysulər əgər almasa rahi-güzəri,Qandadır seyr zənəxdə, nigahi-rudə bəla.

Gəlmədi, saçı arasında yəqin itdi könül,Rəsm ayindir olur şami-qaranqudə bəla.

Küfri-xəttin çərisi səfheyi-ruxsarı tutub,Ey müsəlmanlar, olurmu bu qədər mudə bəla!

Yar birəhmü cəfapişəvü aşiq bibak,Özü bir ləhzə bəladən degil asudə bəla.

Hicridir afəti-can, vəslisə pür bimü xətər,Zakira, fikrini gör,o da bəla, bu da bəla!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви