Bilməm, nə oldu, qoydu məni, getdi dilbərim,Ağlar göz ilə aşiqi tərk etdi dilbərim.

Yüz il də ömr qılsam, onu mən unutmaram,Gülzari-vəslinə məni öyrətdi dilbərim.

Onsuz bu qürbət ölkə cəhənnəm keçir mənə.Sanki bu xəstə könlümə cənnətdi dilbərim.

Sevdalı könlümü necə bəs sakit eyləyim,Bimari-eşqə əsl şəfahətdi dilbərim.

Bir istifadə etmədin, ey qan olan könül,Rahi-vusalə yetməyə fürsətdi dilbərim.

Aləm vəfası olmayana nifrət eyləyir,Sən gəl vəfasız olma, pis adətdi, dilbərim!

Var bir ümid, bir də görəm gül cəmalını,Axır vəfalı aşiqə qismətdi dilbərim.

Vahid, qanım qaraldı düşərkən xəyalıma,Bir ayrı nazənindi, qiyamətdi dilbərim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви