Dəllallar ilə hiylədə şeytan da bacarmaz!Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!

Bir kəndçi ola xam, gələ at almağa nagah,Vay halına, dəllallar işindən ola agah,Bir növi soyarlar onu, göstərməsin Allah!..Qəssablığı bunlar kimi şeytan da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!

Aldatmaq olur kəndlini təriflə xəyalı!“Bax gör necə xoş kakili vardır, necə yalı.Hərçənd ki, bu, atdı, vəli yoxdu misalı,Var bir yerişi ki, onu ceyran da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!”

Min hiylə ilə ata onu raqib edərlər,Axır ki, neçə işvə ilə talib edərlər,Biçarəni bir kəmli ata sahib edərlər,Bir çarə o biçarəyə Loğman da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!

Var bir çoxu qalmaz orucundan, namazından,Baxsan neçə yüz ev yıxıb ömründə azından,Tərk etməyəcək canı çıxınca boğazından,Quldurluğu dəllal kimi aslan da bacarmaz,Şeytan nəçidir, cin nədi, xortdan da bacarmaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира