Bu mollanın qəribə təqvası var,Hansı güruhun belə mollası var?!

Bu molla bir mömünü dindardır,Şöhrəti var, falçıdır, cindardır,Təbabət elmində də huşyardır,Bunda, həqiqət, elm dəryası var,Hansı güruhun belə mollası var?!

Falçılığı qalsın hələ bir yana,Elmi-təbabətdə yetib Loğmana.Gündə naxoşlar düzülür yan-yana,Xəstəyə əntiqə müdərası var,Hansı güruhun belə mollası var?!

İstəməz heç kimsənənin bir zadın,Əgərçi rüsvay eləyibdir adın.Gündə gəlir yanına yüz cür qadın,Nə “minnəti”, nə də “təmənnası” var,Hansı güruhun belə mollası var?!

Molla ki, var adi bir insan deyil,Həm də nə iş tutsa ona man deyil.Mollaya eyb eyləmək asan deyil,Bilən bilər, bunun nə mənası var!Hansı güruhun belə mollası var?!

Bir də odur əsli müsəlmani-pak,Əlləşə gündüz-gecəni hövlnak.İşlədiyin mollaya versə nə bak.Onun bu dünyası, həm üqbası var,Hansı güruhun belə mollası var?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости