Tənuri-atəşi-eşqində yandım, dilkabab oldum
Tənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.
Pərişan zülfünə bağlandı könlüm cəmikən, ey məh,Olub aşüftə könlüm gör necə xanəxərab oldum!
Görüb ləli-ləbin rəngin meyi-əhmarə meyl etdim,Şərabü şərbəti-ləlin içib, məsti-şərab oldum.Olubdur məhrəmi kuyin rəqibi-divvü surətlər,Nədəndir, cənnəti-eşqində mən əhli-əzab oldum.
Dedim, vəslə yetən əyyami kami-dil olur hasil,Vüsalın firqət oldu, bəh nə yaxşı kamiyab oldum?!
Tökübsən xəncəri-müjgan ilə qanımı, ey zalım,Tərəhhüm eylə, sərtasər bu rəng ilə xəzab oldum.
Təriqi-şeri öyrəndim cahanda piri-Vaqifdən,Əcəb həngamədir, Vahid ki, mən hazırcavab oldum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-tenuri-atesi-esqinde-yandim-dilkabab-oldum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gözətlərəm yolunu – yari mehriban gəlməz,Rəqibə yar olub ol məhluqə, güman, gəlməz.
Xilqətdə sənintək, gözəlim, can ola bilməzXilqətdə sənintək, gözəlim, can ola bilməz,Əxlaqı gözəl, sevgili canan ola bilməz!
Könül, əsir olalı, zülfi-yarə hər ikimizKönül, əsir olalı, zülfi-yarə hər ikimiz,O gündən olduq əcəb, bəxtiqarə hər ikimiz.
Sənin cəmalın ilə fəxr edir bizim elimiz!Sənin cəmalın ilə fəxr edir bizim elimiz!Sən olmasan, nəyə lazım baharımız, gülümüz?