Gözətlərəm yolunu – yari mehriban gəlməz,Rəqibə yar olub ol məhluqə, güman, gəlməz.

Qərarü səbrimi əldən alıbdır hicrani,Gecə səbaha kimi eylərəm fəğan, gəlməz.

Qılıbdır tərki-vətən dilbərim qəribasaKi, qürbət ölkələr içrə edib məkan, gəlməz.

O gül vüsalinə həsrət qoyubdur aşiqini,Edib fəraqində bu göz yaşımı rəvan, gəlməz.

Nə qurtarır məni qəmdən, gəlib nə canım alır,İlahi, başımın üstə o canalan gəlməz.

Cəfayi-dilbərə, ey dil, həmişə səbr eylə,Nə gəlsə, aşiqə məşuqədən ziyan gəlməz,

Bu dərdü qüssə əlindən şikəstə VahidiniXilas etməyə ol şahi-məhvəşan gəlməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви