Baş tutmadı
Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi;Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.
Bir gör bu şərəfsiz nə qədər şişdi, qudurdu,Çexlərdə gedib bir yekə sallaqxana qurdu.Onlar da bunun başçısını qorxmadı, vurdu!Çıxdı canı bir bombada, tərpənmədi əngi,Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.
Bilsin bunu, qoy anlasın Hitler kimi naşı,İşğal olunan ölkələrin torpağı, daşıVulkan kimi bir gün coşacaqdır ona qarşı.Ellər bu qanın yerdə qoyarmı qala rəngi?Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi.
Hitlerçilərin dilləri var, gözləri kordu,Qırdırdı nemes xalqını, haqsız yerə yordu,Bir toy tutacaq onlara axır Qızıl Ordu.Tarix özü də qeyd edəcək bir belə cəngi,Baş tutmadı hitlerçilərin hiyləsi, rəngi,Gəl indi düşündür bu dəbəng oğlu dəbəngi,
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-bas-tutmadi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Yarımı bağçada qəm-qüssəyə batmış sandım,Xəbər aldım ki, nə var, dinmədi, yatmış sandım”.
Dedim, əğyar ilə gəzmə, sənə çox yalvardımDedim, əğyar ilə gəzmə, sənə çox yalvardım,İndi dincəl, gözəlim, mən də ölüb qurtardım.
Olsaydı müyessər, gözəlim, yarın olardımOlsaydı müyessər, gözəlim, yarın olardım,Hər ləhzə qəmin çəkməyə qəmxarın olardım.
Mən, sevgilim, eşqində gərək bülbül olaydım!Mən, sevgilim, eşqində gərək bülbül olaydım!Mərmər sinən üstündə qızıl bir gül olaydım!