Olsaydı müyessər, gözəlim, yarın olardım,Hər ləhzə qəmin çəkməyə qəmxarın olardım.

Hər şəb dolanıb sübhə kimi şəmcəmalın,Pərvanə kimi, talibi-didarın olardım.

Mümkün ki deyil, bir də gəzim gülşəni-kuyin,Mümkün gər olaydı, yenə zəvvarın olardım.

Ey tutivəşim, ayineyi-hüsnünü görcək,Aludeyi-ol ləli-şəkərbarın olardım.

Məcnun kimi daim, səri-kuyində gəzərdim,Ömrüm nə qədər varsa pərəstarın olardım.

Yusif kimi versəydilər didarına qiymət,Can nəqdi ilə mən də xiridarın olardım.

Vahid, səri-kuyində gəzərdim gecə-gündüz,Ey məh, bu əda ilə diləfkarın olardım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов