— Quzum, yavrum! Adın nədir?— Gülbahar.— Pəki, sənin anan, baban varmı?— Var.— Nasıl, zənginmidir baban?— Əvət, zəngin, bəyzadə...— Öylə isə, geydiyin geyim neçin böylə sadə?Yoxmu sənin incilərin, altun bilərziklərin?Söylə, yavrum! Heç sıxılma...— Var əfəndim, var... lakinMüəlliməm hər gün söylər, onların yox qiyməti,Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.— Çox doğru söz... Bu dünyada sənin ən çox sevdiyinKimdir, quzum, söylərmisən?— Ən çox sevdiyim ilkinO Allah ki, yeri-göyü, insanları xəlq eylər.— Sonra kimlər?— Sonra onun göndərdiyi elçilər.— Başqa sevdiklərin nasıl, yoxmu?— Var...— Kimdir onlar?Anam, babam, müəlliməm, bir də bütün insanlar...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви