Odamda bir gecə səbrim tükəndi, bitdi məcalım,Vücudum atəşi-humma içində həp yanıyordu.Bütün mühitimi süzdükcə artıyordu məlalim,Gözümdə bir sürü teyfi-əməl qanatlanıyordu.

Səma gözəldi, hava safü xəndəriz... fəqət mənBu iğbari-siyahrəng içində məhv oluyordum.Dəniz kənarinə endim, dərin-dərin düşünürkən,Kədərlərim bəni üzmüşdü, bir tərəfdə oturdum.

Dəniz də heyrətə dalmış, bənim kibi o da düşgün...Bənim kibi o da müstəğrəqi-xəyal idi; lakinBən ağlıyordum, o xamuş... bən həyatıma küskün,O eyliyordu dərağuş önümdə bir təni-simin.

Qəmər, o çöhreyi-dilbər, o nuri-cazibəpərvər,Çiçəklənirdi onun sinəsində hər yeri üryan;Qəmər, o misrai-bərcəstə, ah... o şeri-münəvvər,Gülümsiyor, onu əmdikcə mavi bir ləbi-rəyyan.

Bəni o nuri-lətif eyləmişdi kəndinə məftun;O simbər qızı dalğın nəzərlərimlə öpərkən,“Qəmər! Qəmər!..” deyə qarşımda sanki bir dili-məhzun

Anar da keçmişi, həp çırpınırdı inliyərəkdən.“Bu hanki səs, bu nasıl bir iniltidir?” deyə daldım,Həmən önümdə sənin çöhreyi-həzinini buldum.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе