Bəzən əsla umulmayan yerdən,Nə qədər bəxtiyar olur insan!İştə, bən yəs içində inlərkən,Ruhi-məcruhimi edər xəndan,İki sevda pərisi ləməfşan.Biri — nevrəstə, nevdəmidə çiçək...Biri — nadidə, naşinidə mələk...

Birinin çöhreyi-dilaşubi,Ləbi-gülgüni, çeşmi-məxmuri,Zülfi-şəbrəngi, rəngi-məhcubi,Qərq edər nurə qəlbi-rəncuri;Şərqə məxsus o bir gözəl huri...Kim bilir! Bəlkə şimdi cənnətdənYerə enmiş gəzər o qönçədəhən.

Lakin əfsu...s qeyri-qabildir,Bəncə təsviri-halı digərinin.O bir ülvi xəyalə bənzətilirKi, edər hər baqışda şair içinPürməali nəşidələr təlqin.Söylüyor iştə hər bir əzasıKi, bənim əsrin ən gözəl Venosı.

Gərdəni-safini öpən o xəfif,O təməvvücnüma ipək saçlar,Nəşr edər kainata qarşı lətif,Pürzəhəb bir ziyayi-rayihədar,Nəşvəza bir bahari-pürəzhar.O səmavi nigahə qarşı fəqət,Duyar insan mədid bir heyrət.

Şu dilara, sevimli mənzərədənRuhə bir başqa etila gəliyor.O gözəl çöhrələr gülümsərkənSaçar ətrafə sanki nuri-şürur,Ah, mümkünmü olmamaq məshur?!Qadın! Ey möhtərəm ənisi-bəşər!Sənsiz öksüz qalırdı hissi-bəşər!

-Böyükada.*

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов