Qızışdırar bahar ayı yerin, göyün havasını,Dəyişdirər, tünüklədər xəlaiqin libasını.Bəzəklənir, düzəklənir, bağın fəzası rənglənir,Yaşıllanır, həm allanır, şükufələr çiçəklənirBitər çəməndə lalələr, əlində al piyalələr,Səhər zamanı dür kimi düşər ot üstə jalələr.Sürü-sürü qoyunları çoban yamacda otladar,Alar ələ papağını, oxur şikəstə, fit çalar.İnək, camış, qoyun, quzu çıxar naxırda otlağa,Köçər arandan el, gedər yavaş-yavaşca yaylağa.Taxıl yerin şum eyləyib əkin əkər əkinçilər,Əlində dəryaz ot biçər mayıs ayı biçinçilər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе