Yay
Təmuz ayında dan yeri ki, başlayar açılmağa,Səmaya doğru qırmızı alov durar saçılmağa.Kəsər qərarü taqətin yayın havası quşların;Qaçar ağaclar altına, gələr sədası quşların.Divar dibində kölgədə xoruz, toyuqlar uyqular,Naxırçılar qaramalı sürüb sərin suya salar,Bürünməsilə alnının tərin əkinçilər silər,Hərarətin sərinlədən havada bir külək dilər.Yavaş-yavaş dəyər, yetər ləzzətli, dadlı meyvələr,Gilasü, albalı, kahı, xoş iyli sarı heyvalar.Biçər biçinçi arpanı, döyər əkinçi xırmanı,Çuval-çuval döyüb yığar əkinçi arpa-buğdanı.Əgər ki, yayda zəhməti əkinçinin ziyad olur,Ziyad olursa, qış günü o da qədr şad olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-yay
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.
Nidayi-millət yaxud amali-vətənpərvəranəEy əhli-vətən, tərk eləyin büğzü ləcuci!Bir dəm arayın halımıza rahi-əlaci!
Fəryadi-intibah yaxud amali-vətənpərvarənəAyıl, ey ümməti-mərhumə, ayıl!Ayıl, ey milləti-məzlumə, ayıl!
Qəzet nədir?Ey sananlar qəzeti şeyi-həba.Bu təğafül nə rəvadır, əcəba?
Стихи других поэтов
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
OlsunMəni yardan ayrı salan,Görüm üzün siyah olsun
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı