Arxadaşlar! Elm lazımdır ki, tapsın din həyat.Elm ilən hasil olur izzət, tapar millət nicat.Səy edin ta bizlərə əhsənlər etsin kainat,Elmsiz ömr etmədən min dəfə ərcəhdir məmat.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Bax, əcanib bərrü bəhrə elm ilə sultan olub,Cəhlü qəflətlə vəli islam evi viran olub.Dideyi-dinpərvəran bu hala xunəfşan olub.Çarə axtarmaq gərək, həm əhdü həm peyman olub.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Bu qədər bəsdir təməddün gülşənində xar olaq,Dəm o dəmdir xabi-qəflətdən dəxi bidar olaq,Tərk edək həm ixtilafü iftiraqı, yar olaq,Bu vətən evladının əhvalına qəmxar olaq.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Arxadaşlar! Çox fənadır aşikara halımız,Qəmfəza bir mənzərə ərz eylər istiqbalımız.Payimal olluq bu növ keçsə gər əhvalımız,Babi-məktəbdən olur hasil qamu amalımız.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Vaqif olmaqlıq gərəkdir ehtiyaci-millətə,Ariz olmuş dürlü afətlər mizaci-millətə,Səhhət istərsən əgər, səy et əlaci-millətə,Elmdir, billahi, mucid ibtihaci-millətə.Keçdi dövri-zuri-bazu, elmü fəzl əyyamıdır!Arxadaşlar! Oxuyun, elm oxumaq həngamıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости