Mən ki, hala bir gəncəm, ümidim var, şanım var,Damarlarımda coşan, axan qızıl qanım var.Madam ki, köksüm dəmir, ağlamaq, neçin, nədən?Sürünmərəm həyatın uçurumlarında mən.

Qaldıraraq başımı indi mühitə baxdım,Baxdım ki, sürünməyin sonu yoxdur, buraxdım.Qapadım bir məzara öksüzlüyün daşını.Gözlərimdən silmişəm əmirsizlik yaşını.

Əməllərimlə etdim, göz yaşına əlvida,Qəlbimdə indi ümid, bir yüksək buludlu dağÖnümdə görünməyir nə uçurum, nə qazıq,Ümidsizlik içində ağlayanlara yazıq...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости